Erməni terrorizmi – elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Belə ki, “Böyük Ermənistan” dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları – 1887-ci ildə yaradılmış “Armenakan”, sonradan “Hnçak” və “Daşnaksütyun” partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar.
1.«Erməni Milli Ordusu» – 1988-1990-cı illərdə daşnak terror qruplarının bazasında yaradılan hərbi birləşmə;
2.«David Sasunski» – terror qrupu;
3.«Vretarunet» (Qisasçılar) – terror qrupu;
Bu qrup 1973-cü ildə Daşnaksütyun tərəfindən yaradılıb. 1980-1982-ci illərdə Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib;
4.«Haydat» (Erməni məhkəməsi) – terror təşkilatı;
5.«Neytral dəstələr» – terror təşkilatı;
6.«Respublika «Nart» partiyasının müstəqil ordusu» – həmin partiyanın öz bayrağı altında terror aktları və təxribatlar törədən silahlı terror qruplaşması;
7.«MUŞ milli ittifaqı» – terror təşkilatı;
8.«Andronik terrorçular dəstəsi» – terror qrupu;
9.«Amaras» xeyriyyə cəmiyyəti – terror qrupu;
10.«Novaya Armeniya» partiyasının silahlı dəstəsi – terror qrupu;
11.«İnqilabçı daşnaklar» – terror təşkilatı;
12.«İnqilabçı ermənilər ittifaqı» – terror qrupu;
13.«Kəndli azadlığı» – terror təşkilatı;
14.«Birləşmiş Ştatların şərq erməniləri» – terror qruplaşması;
15.«Kilikiya» – terror qrupu;
16.«Jirair» – terror qrupu;
17.«Ermənistanın müdafiəçisi» – terror təşkilatı;
18.«Gənc erməni daşnakları» – terror təşkilatı;
19.ASALA (Ermənistanın azadlığı uğrunda mübarizə aparan gizli
erməni ordusu) – terror təşkilatı;
ASALA - Beynəlxalq aləmdə ən çox səs salan, ad çıxaran və türk diplomatlarına qarşı sui-qəsdlər təşkil edən erməni-daşnak faşistləri tərəfindən yaradılan, SSRİ DTK-dən xeyir-dua alan və müdafiə edilən Beynəlxalq terror təşkilatıdır. 1975-ci il yanvar ayının 20-də Livan erməniləri Hakop Hakopyan və Bedros Ovanesyan tərəfindən təsis edilib. «Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu» ifadəsinin ingiliscə yazılışının abreviaturasıdır (Armenian secret army for liberation of Armenia). «Arminfo» Ermənistan xəbər agentliyi özünün 10 sentyabr 2003-cü il tarixli məlumatında xəbər verir ki, Ermənistan Jurnalistlər İttifaqında mətbuat konfransı keçirən ASALA rəhbərləri bildiriblər ki, ASALA indiyə kimi Livanda fəaliyyət göstərib. Guya onun fəaliyyəti sırf siyasi xarakter daşıyır. İndisə ASALA Ermənistan hökuməti tərəfindən rəsmən qeydə alınıb və siyasi təşkilat olması bəyan edilib. Daha bir erməni məkri öz iç üzünü açır. Xüsusi bir iyrəncliklə beynəlxalq terror təşkilatının fəaliyyəti qanuniləşir. ER tərəfindən beynəlxalq terror müdafiə edilir;
20.MAQ – terror təşkilatı;
21.«Erməni İttifaqı» – terror qruplaşması;
Bu qrub 1988-ci ildə Moskvada yaradılıb. ASALA ilə sıx əlaqəsi var.
Bu qrup Dağlıq Qarabağa silah və muzdluların ötürülməsini təmin edir.
22.«Erməni Azadlıq Cəbhəsi» – terror qruplaşması;
Bu qrup 1979-cu ildə yaradılıb. ASALA-nın tərkib hissəsidir.
23.«Kazis assosiasiyası» – bu ad altında Pyatiqorsk şəhərində fəaliyyət göstərən terror mərkəzi;
24.«Vrej» (İntiqam) – terror qruplaşması;
«Vrej» - I Dünya müharibəsindən sonra Daşnaksütyun tərəfindən yaradılıb. İlkin olaraq bu terror qrupu öz fəaliyyətində Türkiyənin «gənc türklər» və AXC hökumət başçılarının adlarının daxil edildiyi siyahı üzrə 200 nəfər ictimai xadimin məhv edilməsi planını qarşısına məqsəd qoyub;
25.«Dro (I)» – terror qrupu;
Bu qrup Daşnaksütyun tərəfindən yaradılıb. Qrupun DRO-8, DRO-88, DRO-888, DRO-8888 kimi bölmələri vardı;
26.«Cavakx»ın fədainləri» – terror təşkilatı;
27.«Erməni soyqırımı ədalət komandosları» – terror qruplaşması;
Bu qrup “YCAQ” kimi də adlanır, Qrup 1972-ci ildə Vyanada Daşnaksütyun partiyasının qurultayında yaradılıb. Məqsədi erməni əsilli livanlı gəncləri hərbi birləşmələrdə cəmləməkdir.
28.«Erməni inqilab ordusu» – terror təşkilatı;
29.«Erməni xalq hərəkatı» – terror təşkilatı; «Erməni xalq hərəkatı» – Yunanıstan hökumətinin köməyi ilə yaradılan erməni-daşnak mənşəli terrorçuları birləşdirən təşkilatdır;
30.«Yanikyan dəstəsi» – terror qrupu;
31.«Mets Tiqran» – terror qrupu;
«Mets Tiqran» – Ermənistan SSR-lə Kəlbəcər və Laçın rayonunun həmsərhəd ərazilərində ən güclü və intensiv şəkildə fəaliyyət göstərən terror qrupu olub. 21 iyun 1991-ci il tarixdə Laçının Əriməz dağı yaylağındakı terror aktını da məhz bu qrup törətmişdir;
32.«Zorik» – terror qrupu;
«Zorik» – İnsanlıq simasını itirmiş, türk olana qarşı zooloji nifrət bəsləməsini gizlətməyən, daşnak manyakı Zori Balayanın təşəbbüsü ilə yaradılan və bu məlunun şərəfsiz adıyla adlandırılan terror qrupudur. Bu qrup ən çox bu məlunun anadan doğulduğu Xocavənd rayonu ərazisində çox saylı terror aktları törədilibdi;
33.DQ MO – Beynəlxalq aləmdə tanınan erməni terror təşkilatlarının
və yerli daşnak terror qruplarının bazasında yaradılan hərbiləşmiş terror birləşməsi;
34.«Yeni erməni dirənişi» – terror təşkilatı;
Bu təşkilatın abbreviaturası “NAR”-dır. 1977-ci ildə yaradılıb.
35.AİKA – terror təşkilatı;
36.«Qarabağ» – terror qrupu;
1991-ci il dekabrın 23-də məhz bu qrup tərəfindən Yuxarı Qarabağda
Meşəli qətliamı törədilmiş, kəndin varlığı yer üzündən silinmişdir;
37.«Qaflan» – terror qrupu;
Bu terror qrupunun Özülü Suriyada qoyulub. Fəaliyyətini ən çox Xocalı soyqırımında göstəribdi;
38.«Erməni milli azadlıq hərəkatı» -terror qrupu;
Bu qrup 1991-ci ildə Fransada yaradılıb. Terror aktlarını ASALA ilə sıx və əlaqəli şəkildə həyat keçirir;
39.«Yevangiley»- terror qrupu;
Qrup snayperçi qadınlardan təşkil olunub. Qrupun 14 nəfərdən ibarət üzvü var. Adını qrupa başçılıq edən Yevangiley Abramovna Voskanyanın adından götürüb;
40.«Laura» – terror qrupu;
Qrup snayperçi qadınlardan təşkil edilib. Adını qrupa başçılıq edən Laura Gevorkovna Lalayanın adından götürüb;
41.«Müqəddəs Sultan-Karapet»-terror qrupu;
42.«Vartan cangavərləri»-terror qrupu;
Bu qrup Xocalı soyqırımında fəal iştirak edib;
43.«Xaç gəzdirənlər» – terror qrupu;
Başçısı Noyenberyan sakini Ohanes Davidoviç Bəyləryandır. Qazax rayonunun Boğanis-Ayrım kəndindəki terror aktını məhz bu qrup törədib;
44.«Çeqakron-terror qrupu;
Qrup Şuşanın Malıbəyli kəndində fəaliyyət göstərir. Başçısı Vartan Aruşanyandır. Bu qrup 2001-ci ilin fevralında ASALA tərəfində yaradılıb. Məqsədi Cənubi Qafqazda və Orta Asiyada türk mənşəli siyasi liderləri, diplomatları və biznesmenləri terror aktları ilə aradan götürməkdir;
45.«Yevkrapa» – terror qrupu;
Qrup 12 iyun 1992-ci ildə formalaşıb. Əl-Qaidənin «055» saylı briqadasının üzvləri ilə iş birliyi yaradıb;
46.«Müqəddəs erməni vətən birliyi» – terror təşkilatı; Təşkilat 3 dekabr 1989-cu ildə daşnak Emin Aydınyan tərəfindən Xartumda yaradılıb. 19 aprel 1992-ci ildən Laçının Hacılar kəndində müstəqil fəaliyyət göstərir;
47.«13-lər» – terror təşkilatı;
Təşkilat daşnak Sirus Badamçıyan tərəfindən 24 may 1989-cu ildə ABŞ-ın Koliforniya və Nyu-Cersi ştatlarında yaradılaraq DQ-a göndərilib;
48.«CSAQ» – terror təşkilatı;
Bu təşkilat 20 yanvar 1981-ci ildə açıq fəaliyyətə keçib. Los-
Ancelesdəki türk konsulluğuna basqın edib;
49.«Çöl quşları» – terror qrupu;
Qrup Argentinadan gətirilmiş, muzdla tutulmuş sinayperçi qızlardan təşkil olunub;
50.«Vahan Ovanesyan+31» – terror qrupu;
51.«Qayıdan qəhrəmanlar» – terror qrupu;
Qrupa Beyrut ermənisi Orlik Andrianoviç Ter-Qriqoryants başçılıq edir;
52.«Milli dirçəliş təşkilatı» – terror qrupu;
Qrupa daxil olan terroçular günü bu gün də təmas xəttində qızğın fəaliyyət göstərir. Qrupun rəhbəri sinayperçi qadın Elvira Qalustyandır;
53.«Qara Qartalın Akopu» – terror qrupu;
54.«Qızıl xaç – 2» – terror təşkilatı;
55.«Şimali Ərsak» – terror təşkilatı;
56.«Apostol» – terror təşkilatı;
Bu terror təşkilatı 2001-ci il aprelin 29-da Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılıb. Məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir;
57.«Orli qrupu» – terror təşkilatı;
Bu terror təşkilatı 1981-ci ildə Fransada yaşayan erməni gəncləri
tərəfindən yaradılıb. 1980-ci illərdə dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı törədib;
58.«Demokratik cəbhə» – terror təşkilatı;
Bu terror təşkilatı ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi Türkiyə Respublikasını parçalamaqdan ibarətdir;
59.«Erməni azadlıq hərəkatı» – terror qrupu;
Bu qrup “AOD” da adlanır. 1991-ci ildə yaradılıb:
60.«Klukin erməni cəbhəsi» – terror qrupu:
Bu qrup snayperçilərdən təşkil edilib;
61.«Şuşanik» – terror qrupıı;
Bu qrup snaypercilərdən təşkil edilib;
Bakı, 31 mart, 1918-ci il. Daşnaksütyun terror təşkilatının fəaliyyətinin nəticəsi
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri Xocalı şəhərində Azərbaycan xalqına qarşı soyqırım həyata keçirmişdir.
ASALA təşkilatı Ermənistan naminə baş verən vəhşiliklərin ən dəhşətlilərini həyata keçirib
Erməni terroru
“Qarabağ Komitəsi” 1988-ci ilin fevralında İrəvanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün təşkilat komitəsi kimi yaradılıb.
Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı “Krunk” (Durna)
Monte Melkonyan (erm. Մոնթե Մելքոնյան) — erməni terrorçusu, quldur, ASALA-nın rəhbərlərindən biri, Qarabağ müharibəsində Ermənistan tərəfindən səhra komandiri, ləqəbi “Avo”.